Əsas səhifə
Biz başqalarının sabah düşünəcəklərini bu gün edirik!
Azərbaycan bazarında partnyor şəbəkəsinin genişlənməsi «ULTRA» şirkətinin iş istiqamətləri sırasında xüsusi əhəmiyyətli yer tutur.
Bankın bizbes-proseslərinin «ULTRA»&«SТ» tərəfindən avtomatlaşdırılması: əlvida marqinallıq!
Müasir dövrdə banklarda İT sistemin vəziyyətinin ən müxtəlif qiymətləndirilməsini eşitməli oluruq. Fikirlər “bunlar ən qabaqcıl, irəliləmiş sistemlərdir” və “banklarda vəziyyət faciəvi vəziyyətdədir, sistemlər qeyri-professional olaraq layihələşdirilib və dəstəklənir” kimi fikirlər arasında fərqlənir.
ULTRA “Xalq kompüteri” layihəsinə dəstək verəcək !
Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan Ultra şirkəti artıq “Xalq kompüteri” layihəsinə də dəstək verəcək.
ULTRA şirkəti Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyində HRM – Kadrların İdarə olunması sistemini tətbiq etdi
Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti inteqrasiya sistemləri üzrə həllər təqdim etməkdədir. Şirkət Azərbaycanda Respublikası İqtisadi İnkşaf Nazirliyində “HRM – Kadrların İdarə olunması” sisteminin tətbiqi prosesini artıq başa çatdırmışdır.
Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu
Azərbaycan İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində aparıcı şirkət olan – Ultra şirkəti distribusiya sahəsi üzrə də daim irəliləyişlər etməkdədir. Ultra şirkəti daim innovasiya təqdim etmək üçün yüksək statuslu tərəfdaşlıqlar qurmaqdadır. Şirkət “Oracle Gold Partner” və “Cisco Premier Certification Partner” statuslu tərəfdaşı oldu.
Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi
2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi elektron sənəd dövriyyəsi sistemini tətbiq etdi
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sistemini tədbiq etdi. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev Bazar ertəsi xəbər vermişdir.
Azərbaycanın ULTRA şirkəti Belarusa “Elektron imza” sahəsində həllər təqdim edəcək
9 fevral İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belarus biznes forumu çərçivəsində “Sistem texnologiyaları” (Belarus) və “ULTRA” (Azərbaycan) şirkəti arasında əməkdaşlıq haqqında strateji tərəfdaşlıq müqaviləsi imzalandı.
İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sistemi tətbiq olunacaq
İqtisadi İnkişaf Nazirliyində informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi, iş prosesinin müasir elektron sistemlər vasitəsilə aparılması, həmçinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramından (Elektron Azərbaycan)" irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sisteminin texniki tapşırığının hazırlanması, sistemin yaradılması və tətbiqi ilə bağlı elan edilmiş tender başa çatmışdır.
"ULTRA" şirkətindən "e-Təhsil" layihəsi çərçivəsində daha bir yenilik
"ULTRA" şirkəti 2008-2012-ci illər üçün Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycan Respublikası Dövlət Proqramının icrası ilə məşğul olan şirkətlərdən biri olaraq "e-Təhsil" layihəsinin 3D maarifləndirici filmini ictimaiyyətin ixtiyarına verib.






























